UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanı əldə ediblər

unec biznes mektebinin magistrleri avropa emek bazarina birbasa cixis imkani elde edibler

UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanı əldə ediblər.

 

UNEC-dən APA-ya verilən məlumata görə, bu üstünlüyü onlara UNEC Biznes Məktəbinin tam hüquqlu üzvü olduğu EFMD təşkilatı verib.

 

Belə ki, MBA proqramında təhsil alan magistrlər EFMD-nin “HIGHERED - Global Talent Network” adlı işə düzəlmə şəbəkəsi vasitəsi ilə ölkə hüdudlarından kənarda da əmək bazarına çıxış əldə edə biləcəklər.

 

Xaricdə çalışmaq istəyən MBA proqramının bilikli və bacarıqlı magistrləri bu qlobal portala daxil olmaq üçün https://unec.higheredtalent.org/Login ünvanında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün lazım olan unec.edu.az domenli email ünvanını UNEC Biznes Məktəbinə müraciət etməklə əldə etmək olar.

 

Magistrlər portalda qeydiyyatdan keçdikdən həmən sonra Avropa Birliyi ölkələrində və digər qlobal regionlarda iş axtarışına başlaya biləcəklər.

 

 

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
  • cambridge assesment english in numayendeleri hedef liseyinde olublar
    “Cambridge Assesment English”in nümayəndələri Hədəf liseyind...
cambridge assesment english in numayendeleri hedef liseyinde olublar cambridge assesment english in numayendeleri hedef liseyinde olublar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279