İmişlidə ehtiyatda olan polkovnik-leytenant həbs edilib

Bakı. Elnur Məmmədli – APA. İmişli rayon Polis Şöbəsinin əməkdaşları ehtiyatda olan polkovnik-leytenant Habil Şirinovu həbs ediblər. Azərbaycan Demokrat Partiyasının (ADP) İmişli rayon təşkilatının sədri Məhbub Zülfüqarovun APA-ya verdiyi məlumata görə, bu gün səhər saatlarında H. Şirinov şəhid ailəsi ilə birgə rayondakı Şəhidlər Xiyabanını ziyarət edərkən saxlanılıb və məhkəmənin qərarı 15 sutka müddətinə həbs olunub. M. Zülfüqarov bildirib ki, H. Şirinov bir müddət əvvəl rayondakı Şəhidlər Xiyabanının ərazisində aparılan tikintinin dayandırılması xahişi ilə millət vəkillərinə və dövlət qurumlarına müraciət edib.
İmişli rayon Məhkəməsinin dəftərxanasından isə APA-ya bildirilib ki, H. Şirinov İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə (polis işçinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamaq) təqsirli bilinib.

Hadisə

Şəmkirdə maşın piyadanı vuraraq öldürüb

Qəbələdə 2 nəfər həbs olunub, polis xidmətdən xaric edilib - YENİLƏNİB

Ucarda 56 yaşlı qadın dəm qazından boğularaq ölüb