Azərbaycanın nəsli kəsilməkdə olan heyvanları haqqında serial çəkilir

Azərbaycanın nəsli kəsilməkdə olan heyvanları haqqında serial çəkilir
# 25 iyul 2008 14:18 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Ümumdünya Təbiəti Mühafizə Fondunun sifarişi əsasında Azərbaycanın nəsli kəsilməkdə olan heyvanlarından bəhs edən serial çəkilir. Bu barədə APA-ya “Yeni Dalğa” Prodüser Mərkəzinin direktoru Rasim Həsənov məlumat verib. O bu filmlərin “Biomüxtəlifliyin qorunmasının təbliği” layihəsi əsasında çəkildiyini bildirib:
“Filmin hər bölümündə bir heyvandan bəhs edilməsi, onun bütün fəsillərdəki həyatının lentə alınması nəzərdə tutulub. Ona görə də çəkilişlər üçün uzun müddət tələb olunur. Bu sıradan artıq 4 hissə çəkilib”. Azərbaycan təbiəti haqqında təsəvvür yaranmasına xidmət edən serialda tamaşaçılara bəbir, qartal, tısbağa, dağ keçiləri, köçəri quşlar və , yarasalar barədə məlumat veriləcək. Filmin müxtəlif beynəlxalq festival və tədbirlərdə nümayişi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR