MSK nəzdində yaradılan mətbuat qrupu Ümid Partiyasının müraciətlərini müzakirə edib

MSK nəzdində yaradılan mətbuat qrupu Ümid Partiyasının müraciətlərini müzakirə edib
# 26 sentyabr 2008 09:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində mətbuat qrupunun bu gün keçirilən iclasında Ümid Partiyasının müraciətlərinə baxılıb. APA-nın məlumatına görə, qrupun sədri Azər Tağıyev bildirib ki, Ümid Partiyası müraciətində bildirib ki, Yeni Azərbaycan Partiyasının MSK-dakı məşvərətçi səs hüquqlu üzvü Aydın Mirzəzadə qurumun qəbul etdiyi təlimata zidd olaraq İctimai Radioda təbliğat çıxışı edib. Qrupun üzvü Fuad Cavadov isə bildirib ki, A. Mirzədadə MSK-da məşvərətçi səs hüquqlu üzv olmaqla bərabər, həm də YAP-ın namizədi İlham Əliyevin vəkilidir. Digər tərəfdən o Seçki Məcəlləsində məşvərətçi səs hüquqlu üzvün təbliğat aparmasının qadağan olunmadığını qeyd edib: “Yalnız həlledici səs hüquqlu üzvlərin təbliğat aparması qadağan edilir”. Qrupun üzvü Almas Qəhrəmanov isə bildirib ki, namizədin 50 vəkili olduğu halda məşvərətçi səs hüquqlu üzvün təbliğat aparmasına ehtiyac yoxdur. Ümid Partiyasının prezidentliyə namizədinin səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədli isə bu addımın presedent yaradacağını və sonrakı mərhələlərdə digər bu hüquqlu şəxslərin də aktiv olaraq təbliğat kampaniyasına qoşulacağını qeyd edilib. İclasda həmçinin, Ümid Partiyasının Müasir Müsavat Partiyası ilə bağlı müraciətinə baxılıb. Müraciətdə partiyanın MSK-dakı məşvərətçi səs hüquqlu üzvü Faiq Baxşəliyevin İTV rəhbərliyini aldadaraq özünü səlahiyyətli nümayəndə kimi təqdim etdiyini və çıxış etdiyi bildirilib. İclasda iştirak edən F. Baxşəliyev bildirib ki, müraciətdə qeyd olunanlar həqiqətə uyğun deyil: “Mən İTV-də məşvərətçi səs hüquqlu vəsiqəsini təqdim etmişəm”. Ümid Partiyasının hər iki müraciəti əsassız hesab edilib. Mətbuat qrupunun üzvləri Almas Qəhrəmanlı və Məhəbbət Orucov isə MMP-nin namizədi Hafiz Hacıyevin televiziyada efirə yaraşmayan çıxışlar etdiyini, təhqirlər səsləndirdiyini bildirərək bu məsələnin qiymətləndirilməsini xahiş ediblər. A. Tağıyev İTV rəhbərliyindən H. Hacıyevin çıxışlarını MSK-ya təqdim etməsini istəyib. Növbəti iclasda namizədin çıxışlarına baxılacaq və qiymətləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR