İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib

İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib
# 27 sentyabr 2008 10:51 (UTC +04:00)
Bakı-APA. Sentyabrın 26-da saat 20.00 radələrində İsmayıllı rayonu ərazisində, Qəbələ rayon sakini Nazim Mürsəlov "VAZ-21154" markalı avtomaşını idarə edərkən onu ağaca vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, N. Mürsəlovun sərnişinlərindən həmyerlisi Tatyana Mürsəlova ölüb, xəsarət alan N. Mürsəlov və Qəbələ rayon sakinləri Xalid Yaqubov, Gülər Ümüdova isə xəstəxanaya yerləşdiriliblər. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən faktla bağlı araşdırmalar aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR