Beyləqan, Şəmkir və Quba rayonlarında ölümlə nəticələnən yol qəzaları baş verib

Beyləqan, Şəmkir və Quba rayonlarında ölümlə nəticələnən yol qəzaları baş verib
# 03 oktyabr 2008 10:24 (UTC +04:00)
Bakı-APA. Dünən saat 13.00 radələrində Beyləqan rayonunun İmamverdilər kəndində, Füzuli rayon sakini Əbülfət Qasımov “Hyundai” markalı avtomaşını idarə edərkən Qarabulaq kənd sakini Benyamin Əhmədovu vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə B. Əhmədov hadisə yerində ölüb. Dünən saat 21.30 radələrində isə Şəmkir rayonunun Zəyəm qəsəbəsində, qəsəbə sakini Anar Həsənov “VAZ-21011” markalı avtomaşını idarə edərkən həmyerliləri Mikayıl Musayevi və onun qardaşı Nazimi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Nazim orada ölüb. Həmin gün saat 10.00 radələrində Quba rayonunun Kunxirt kəndində, Qayadalı kənd sakini Şahbaz Bağırov “VAZ-2121” markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə onun sərnişini, həmyerlisi Fərqanə Bağırova hadisə yerində ölüb, xəsarət alan Ş. Bağırov isə xəstəxanaya yerləşdirilib. Məlumata görə, sentyabrın 27-də Kürdəmir rayon sakini Qalib Kərimovun “Hyundai” markalı avtomaşını idarə edərkən vurduğu həmyerlisi Təranə Yedigarova dünən xəstəxanada ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR