Demokratiya Uğrunda İttifaq müxalifət partiyalarını tənqid edib

Demokratiya Uğrunda İttifaq müxalifət partiyalarını tənqid edib
# 03 oktyabr 2008 14:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, yığıncaqda qurumun fəaliyyət istiqamətləri müzakirə olunub, müxalifət düşərgəsindəki vəziyyət, o cümlədən ölkədəki ictimai-siyasi proseslərlə bağlı bəyanat qəbul olunub. Bəyanatda ölkədəki seçki mühiti, iqtidarın siyasi xətti və müxalifət düşərgəsində təmsil olunan bəzi partiyaların fəaliyyəti tənqid olunub: “Ölkədə bu vəziyyətin yaranmasında müxalifət düşərgəsində təmsil olunan partiyaların da günahı var. Özlərini əsas müxalifət “partiyaları” kimi təqdim edən qurumlar, müxtəlif zamanlarda müxalifətin parçalanmasına təkan verən addımlar atıblar. Bu da müxalifətin cəmiyyətə təsir imkanlarının zəifləməsinə səbəb olub. Demokratiya Uğrunda İttifaq ölkədə demokratik təsisatların və siyasi plüralizmin inkişafı üçün milli demokratik qüvvələrin birliyinə ehtiyac yarandığını bəyan edir və bu mövqeyi dəstəkləyən partiyaları müvafiq addımlar atmağa çağırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR