İsrail Qəzza zolağından qoşunlarını tam çıxarıb

İsrail Qəzza zolağından qoşunlarını tam çıxarıb
# 21 yanvar 2009 07:50 (UTC +04:00)
APA-nın məlumatına görə, yanvarın 27-də başlayan hərbi əməliyyatla əlaqədar Qəzza zolağına daxil olmuş hərbi birləşmələrin hamısı bu gecə əvvəlki dislokasiya yerlərinə çəkiliblər. Qeyd edək ki, 22 gün davam edən hərbi əməliyyat Misir və Avropa İttifaqının səyləri nəticəsində dayandırılıb, tərəflər atəşkəs elan ediblər. Hərbi əməliyyat zamanı 1314 fələstinli öldürülüb, 5200-dən artıq şəxs isə yaralanıb. BMT hərbi əməliyyatın nəticələrinin aradan qaldırılması üçün milyardlarla dollar vəsaitə ehtiyac olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR