Bu gün BFB-da Azərbaycan Milli Bankının 22,69 mln. manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Milli Bankının 22,69 mln. manatlıq notları yerləşdirilib
# 21 yanvar 2009 13:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50100321S seriyalı, ümumi həcmi 60 mln. manat, hərraca çıxarılan həcmi 30 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 8 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 32 578 200 manat təşkil edib. Sifarişlər 99,58% (gəlirlik 5,42%) – 99,66% (gəlirlik 4,39%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,64% (gəlirlik 4,65%), orta ölçülmüş qiyməti isə 99,65% (gəlirlik 4,52%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 3 990,2 min manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 22,69 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin fevralın 18-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR