Müdafiə Nazirliyinin nümayəndə heyəti “MILEX-2019” beynəlxalq sərgisində iştirak edəcək

Müdafiə Nazirliyinin nümayəndə heyəti “MILEX-2019” beynəlxalq sərgisində iştirak edəcək
# 14 may 2019 15:54 (UTC +04:00)

Raket və Artilleriya Qoşunları komandanı general-mayor Zahid Hüseynovun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus Respublikasında səfərdədir.

Müdafiə Nazirliyindən ONA-ya verilən xəbərə görə, Azərbaycan nümayəndə heyəti mayın 15-də Minsk şəhərində başlayacaq 9-cu Beynəlxalq silah və hərbi texnika sərgisi “MILEX-2019”, həmçinin sərgi çərçivəsində keçiriləcək Hərbi-texniki, müdafiə və təhlükəsizlik məsələləri, ikili təyinatlı texnologiyaların istifadəsi üzrə “MILEX INNOVATIONS-2019” 8-ci beynəlxalq elmi konfransda iştirak edəcək.

Sərgi mayın 18-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR