Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstanın Azərbaycana yerli istehsal mal və məhsullar ixracı illik müqayisədə 16,9% azalaraq 21,5 mln. ABŞ dolları təşkil edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, Azərbaycana ixrac bu kateqoriya üzrə Gürcüstanın ümumi ixracının 3%-nə bərabər olub.
Qeyd edək ki, 2019-cu ilin yanvar-aprel ayları ərzində isə Gürcüstan Azərbaycana 25,9 mln. dollar dəyərində yerli məhsullar ixrac edib.
Hesabat dövründə Gürcüstanın ən çox yerli istehsal məhsullar ixrac etdiyi ölkələr Çin – 131,5 mln. dollar (260,8%), Rusiya – 113,1 mln. dollar (-23,3%) və Bolqarıstan olub – 111,3 mln. dollar (3%).