Şamaxıda ölümlə nəticələnən hadisə ilə bağlı prokurorluqda araşdırmalara başlanıb

Şamaxıda ölümlə nəticələnən hadisə ilə bağlı prokurorluqda araşdırmalara başlanıb
# 25 may 2020 17:23 (UTC +04:00)

Şamaxıda tikintidə baş verən ölüm hadisəsi ilə bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün Şamaxı Avtovağzalının ərazisində tikilməkdə olan binanın yanına gətirilən "Bobcat" qaldırıcı kranı qəflətən aşıb, kranın səbətindəkı fəhlələr yıxılaraq ağır xəsarət alıblar. Onlardan biri ağır çəkili dəmir səbətin altında qalıb.

Xəsarət alan 3 nəfərdən biri ölüb.

Yaralılar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR