“Qazaxıstan Respublikası parlamenti və yerli seçkili orqanlara keçirilən seçkilər Qazaxıstanın milli qanunvericiliyi və beynəlxalq seçki standartlarına uyğun olaraq həyata keçirilib”.
APA-nın məlumatına görə, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq müşahidəçi missiyasının başçısı və Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpək bu gün keçirilən yekun mətbuat konfransında bildirib.
Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Müşahidəçi missiyası 20 mart 2016-cı il tarixində Qazaxıstan Respublikasında növbədənkənar parlament seçkilərinin, eləcə də yerli seçkili orqanlar-maslixatlara keçirilmiş seçkilərin qısamüddətli monitorinqini həyata keçirib. Seçki günündə missiya üzvləri Astanada bir sıra səsvermə məntəqələrində olmuş və seçki bülletenlərinin hesablanma prosesini izləyib.