Bakı-Türkmənbaşı-Bakı istiqamətində avtomobil daşımalarına 20% endirim tətbiq edilib

Bakı-Türkmənbaşı-Bakı istiqamətində avtomobil daşımalarına 20% endirim tətbiq edilib
# 31 mart 2016 13:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC martın 31-dən etibarən Bakı-Türkmənbaşı-Bakı xəttində iki tərəfə avtomobil daşımaları tariflərinə 20% endirim tətbiq edir.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bir standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Türkmənbaşı və ya Türkmənbaşı-Bakı) daşınması üçün tarif 1 072 dollar həcmindədir. Əgər sürücü hər iki istiqamətə əvvəlcədən bilet alarsa, tarif 2 144 dollar deyil, 1 716 dollar olacaq. Bu məbləğə sürücünün öz bileti də daxildir.


Tarif, ABŞ dolları ilə

bir tərəfə

iki tərəfə

Qoşqulu yük avtomobili (16,5 metr uzunluqda TİR), 1 nəfər sürücü daxil olmaqla

1072

1716

Təkərli texnikanın uzunluğu 16,5 metrdən çox və ya az olduğu halda, tariflər təkərli texnikanın uzunluğuna mütənasib (proporsional) qaydada hesablanacaq.

Xatırladırıq ki, bir neçə ay əvvəl, ötən ilin dekabrında Bakı-Aktau-Bakı xəttində də avtomobil daşımalarına 20%-ə qədər endirim tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR