Bakı-Gəncə və Gəncə-Naxçıvan aviareyslərinin sayı artırılır

Bakı-Gəncə və Gəncə-Naxçıvan aviareyslərinin sayı artırılır
# 19 aprel 2016 08:37 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan Hava Yolları" QSC (AZAL) ölkədaxili marşrutlar üzrə yeni uçuş cədvəli barədə elan edir.


AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Bakı-Gəncə-Bakı marşrutu üzrə birbaşa uçuşlar aprelin 25-dən etibarən həftədə 4 dəfəyə kimi artırılacaq və bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.

Bundan əlavə, mayın 15-dən etibarən Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa uçuşlar həftədə 4 dəfəyə kimi artırılacaq və bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.

Xatırladaq ki, Bakı-Gəncə reysi üzrə aviabiletin qiyməti 30 manatdan 56 manata kimi (aviabiletin alınma vaxtından və reysdə yerlərin dolmasından asılı olaraq), Gəncədən Naxçıvana isə 60 manat məbləğində müəyyən olunub. Sözügedən marşrutlar üzrə reyslər komfortlu “Embraer E-170/E-190” laynerləri ilə yerinə yetirilir.

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Daha ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaq olar:

(+99412) 598-88-80;

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR