Cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanması xidmətlərinin tarifləri artırılıb - YENİLƏNİB

Cərimə meydançalarında nəqliyyat vasitələrinin saxlanması xidmətlərinin tarifləri artırılıb - <span style="color: red;">YENİLƏNİB
# 05 aprel 2016 16:53 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA-Economics. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdindəki cərimə meydançalarında nəqliyyat vasitələrinin 1 gün üçün saxlanması xidmətlərinin tarifləri nəqliyyat vasitəsinin çəkisi 3,5 tonadək olduqda 1 manat, 3,5 tondan 10 tonadək olduqda 2 manat, 10 tondan yuxarı olduqda isə 3 manat müəyyən edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə Tarif (qiymət) Şurasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd edək ki, bundan öncə vahid tarif mövcud olub - 1 gün üçün gün 0,30 manat.

Yeni tariflər 2016-cı il 6 aprel tarixindən qüvvəyə minəcək.

Qərar Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölmələrində yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR