Lənkəran sakininin avtomobilindən 5 kq-a yaxın narkotik götürülüb

Lənkəran sakininin avtomobilindən 5 kq-a yaxın narkotik götürülüb
# 27 may 2019 12:11 (UTC +04:00)

Lənkəran şəhərində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında şəhər sakini O.Quluzadənin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə keçirdikləri baxış zamanı oradan çəkisi 4,2 kiloqrama yaxın tiryək və 485 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR