Venesuelada yük maşınının qəza törədməsi nəticəsində 11 nəfər xəsarət alıb

Venesuelada yük maşınının qəza törədməsi nəticəsində 11 nəfər xəsarət alıb
# 31 yanvar 2020 05:10 (UTC +04:00)

Venesuelanın qərbində yük maşınının qəza törədməsi nəticəsində azı 11 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “El Nacional” qəzeti məlumat yayıb.

Hadisə çərşənbə günü Barinas və Taçira qərb əyalətlərini birləşdirən magistral yolda baş verib.

İlkin məlumatlara görə, yük maşınının əyləc sisteminin işləməməsi səbəbindən sürücü idarəetməni itirib və bir neçə avtomobilə çırpılıb.

Toqquşma nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı istintaq başladılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR