Sabah Londonda Azərbaycan-Britaniya hökumətlərarası komissiyasının iclası keçiriləcək

Sabah Londonda Azərbaycan-Britaniya hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 21 may 2019 09:40 (UTC +04:00)

Mayın 22-də Londonda Azərbaycan hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 3-cü iclası keçiriləcək.

Energetika Nazirliyindən ONA-ya verilən məlumata görə, iclasda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi və ticari əlaqələrin mövcud vəziyyəti, Komissiyanın 2-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, Böyük Britaniya tərəfdən Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberidir.

Hökumətlərarası Komissiyanın 3-cü iclası çərçivəsində Azərbaycan-Böyük Britaniya enerji forumu da keçiriləcək. Forumda nazir P. Şahbazovun çıxışı, neft-qaz sektorunun, bərpa olunan enerji sahəsinin inkişafı, eləcə də Azərbaycanda enerji islahatlarına dair təqdimatlar nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR