Prezident seçkiləri ilə əlaqədar Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılacaq

Prezident seçkiləri ilə əlaqədar Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılacaq
# 22 may 2019 16:02 (UTC +04:00)

İyunun 9-da Qazaxıstanda keçiləcək prezident seçkiləri ilə bağlı Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq.

ONA-nın məlumatına görə, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.

Səfir bildirib ki, məntəqə səhər saat 7:00-dan saat 20:00-a kimi fəaliyyət göstərəcək, Azərbaycanda yaşayan və ya seçki günü Azərbaycanda olan Qazaxıstan vətəndaşları mənətqədə səs verə biləcəklər: "Biz əminik ki, ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələri yeni prezident dövründə də dinamik şəkildə inkişaf edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR