Türkiyədə COVID-19 infeksiyasından indiyədək 3584 nəfər ölüb

Türkiyədə COVID-19 infeksiyasından indiyədək 3584 nəfər ölüb
# 06 may 2020 20:06 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 64 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 30 303 şübhəli koronavirus testindən keçib, onlardan 2253-nün cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3584 nəfər ölüb, 131 744 nəfər bu infeksiyaya yoluxub, 78 202 nəfəri isə müalicə olunub. Bu gün 4917 xəstə evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR