Əfqanıstanda partlayış nəticəsində 34 nəfər ölüb

Əfqanıstanda partlayış nəticəsində 34 nəfər ölüb
# 31 iyul 2019 10:58 (UTC +04:00)

Əfqanıstanda Herat-Qəndahar magistral yolunun kənarında quraşdırılan bombanın partlaması nəticəsində 34 nəfər ölüb.

APA-nın “TOLO” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış Şaviz adlanan ərazidə Heratdan Fərəh əyalətinə gedən sərnişin avtobusu keçərkən baş verib.

Partlayış nəticəsində 17 nəfər yaralanıb.

Ölən və yaralananlar arasında qadın və uşaqların çoxluq təşkil etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR