“Tulada keçirilən “Arsenal” – “Neftçi” oyununu izləyə bilmədim. Amma nəticə üzücüdür”.
APA-nın məlumatına görə, bunu Rusiya millisinin sabiq futbolçusu Vladislav Radimov deyib.
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları ərəfəsində açıqlama verən veteran Azərbaycanın ən titullu klubu “Neftçi”nin Rusiya “Arsenal”ı ilə duelinə də toxunub. V.Radimov Tulada 0:1 hesabı ilə uduzan həmyerlilərinin uğursuzluğunu təbii qarşıladığını qeyd edib: “Bu, xüsusilə də UEFA-nın əmsallar cədvəlində Portuqaliya ilə mübarizə apardığımız vaxtda baş verdi. Əgər onlar cari mövsümdə bizi keçsələr, Çempionlar Liqasında bir yeri itiririk. Yeri gəlmişkən, öncədən “Arsenal”dan Avropada qəhrəmanlıq gözləmək çətin idi. Yayda Corceviç, Bakayev və Mirzov komandanı tərk edib. Hamısı da hücum xəttidir. Liderlərə bərabər səviyyəli əvəzləyicilər tapmaq, özü də bunu ay yarıma etmək çox çətindir”.