Kəmaləddin Heydərov: "İnsanlar biçilmiş sahələri yandırmasınlar"

Kəmaləddin Heydərov: "İnsanlar biçilmiş sahələri yandırmasınlar"
# 26 iyun 2019 15:30 (UTC +04:00)

“İnsanlar diqqətli olmalıdır, rayonlarda biçilmiş sahələri yandırırlar”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bildirib. Nazir qeyd edib ki, yanğın biçilməmiş sahələrə və meşələrə keçir: "Bəzi insanların əkin sahələri yaşayış yerlərinə yaxındır. Həmin insanların özlərinə və başqalarına zərər dəyə bilər. Bu, çox diqqət edilməli olan məsələdir”.

Nazir eyni zamanda siqaret kötüklərinin yerə atılmasına da münasibət bildirib: "FHN-nin Kütləvi İnformasiya Vasitələrində mütəmadi videoları yayımlanır. Ümumiyyətlə, siqareti niyə küçəyə atırlar? Hər yerdə zibil qabları, hətta siqaretlər üçün ayrı qablar qoyulub. Sadəcə, bu mədəniyyəti mənimsəməliyik ki, siqaret və ya digər zibillər nəinki quru otluğa, küçəyə belə atılmasın".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR