Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, Nobel prospektində - “Nargilə dairəsi” adlanan ərazidə “Mercedes” və “Kia” markalı minik avtomobilləri toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, polis əməkdaşı Taleh Hüseynov aldığı xəsarətdən ölüb. Digər avtomobili sürücüsü, 1969-cu il təvəllüdlü Bağırov Nofəl Musa oğlu ağır bədən xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.