İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb

İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
# 19 may 2019 12:30 (UTC +04:00)

Romada İtaliya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, sədrin müavini Fuad Quliyev, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və hazırda bu ölkədə yaşayan 40 azərbaycanlı iştirak edib.

Səsvermə yolu ilə Koordinasiya Şurası təsis edilib. Koordinasiya Şurasının Milan üzrə əlaqələndiricisi Bahar Yusifzadə, Roma üzrə əlaqələndiricisi Fərid Abbasov, Malta üzrə əlaqələndiricisi Leyla Cavadova seçiliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR