Əfqanıstanda yas mərasimində törədilən terror aktı nəticəsində ölənlərin sayı 24-ə çatıb.
APA-nın "TOLO News"a istinadən verdiyi xəbərə görə, bu barədə Nangərhar vilayətinin rəsmi nümayəndəsi Atolla Hoginyani deyib.
O bildirib ki, partlayışda 68 nəfər yaralanıb: “Yaralıların vəziyyəti ağır olduğu üçün ölənlərin sayı arta bilər. Hələlik heç bir qruplaşma terror aktı ilə bağlı məsuliyyəti üzərinə götürməyib”.
***
saat 12:30
Əfqanıstanda partlayış olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Əfqanıstanın Nangərhar vilayətinin Heva rayonunun polis rəisi Hacı Şeyx İkramın dəfn mərasimində baş verib. Partlayış nəticəsində 7 nəfər ölüb, yaralananlar var.
Qeyd edək ki, polis rəisi ürək tutmasından vəfat edib.