Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul edib
 - YENİLƏNİB
# 04 mart 2019 12:30 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ONA-nın xəbərinə görə, İbrahim bin Əbdülrəhman əl-Ömər İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman Əl Saudun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, ölkəmizə səfərindən məmnunluq hissi keçirdiyini qeyd edərək, Azərbaycanda gördükləri inkişaf proseslərinin, mədəniyyət və arxitektura nümunələrinin, xüsusilə Heydər Əliyev Mərkəzinin gözəlliyinin nümayəndə heyəti üzvlərində dərin təəssürat yaratdığını vurğulayıb.

Dövlət başçısı Azərbaycanda gedən böyük quruculuq işlərinin, ən müasir infrastrukturun yaradılmasının iqtisadiyyatın bütün sahələrinə, o cümlədən turizmin inkişafına böyük təkan verdiyini bildirib.

Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq əlaqələrinin genişləndiyi, ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib İbrahim bin Əbdülrəhman əl-Ömərin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub, hökümətlərarası komissiyanın əməkdaşlığın inkişafı işinə töhfə verdiyi qeyd edilib.

Bildirilib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla əməkdaşlığı genişləndirməkdə və ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymaqda maraqlıdır. İfadə olunub ki, bir il ərzində Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı dəfələrlə artıb.

Görüşdə ölkələrimiz arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, energetika, investisiya, bərpa olunan enerji mənbələrinin yaradılması, turizm və turizm infrastrukturu, sənaye, kənd təsərrüfatı, neft-qaz, alternativ enerji, nəqliyyat və digər istiqamətlərdə əlaqələrimizin inkişaf perspektivləri müzakirə edildi, ticarət dövriyyənin artırılmasının və bunun üçün logistik və nəqliyyat imkanlarının araşdırılmasının vacibliyi qeyd olunub.

Dövlət başçısı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman Əl Saudun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və vəliəhdə çatdırmağı xahiş edib.

***

11.01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Səudiyyə Ərəbistanı Krallığı Baş İnvestisiya Agentliyinin sədri – birgə iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ONA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR