Paytaxtda mənzildən 125 min manatlıq oğurluq edilib

Paytaxtda mənzildən 125 min manatlıq oğurluq edilib
# 10 may 2019 22:32 (UTC +04:00)

Bakının Nəsimi rayonunda mənzildən külli miqdarda pul oğurlanıb.

ONA-nın xəbərinə görə, Səməd Vurğun küçəsi 58 ünvanında yerləşən mənzildə qeydə alınmış faktın kim tərəfindən törədildiyi məlum deyil.

Həsənağa Həsənbala oğlu Dadaşovun evindən 50 min ABŞ dolları və 40 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR