Lionel Messi: “Onlar çirkin follar edirdilər”

Lionel Messi: “Onlar çirkin follar edirdilər”
# 03 iyul 2019 09:58 (UTC +04:00)

“Düşünürəm ki, biz turnirdə ən yaxşı oyunumuzu keçirdik”.

APA-nın məlumatına görə, bu sözləri Argentina millisinin futbolçusu Lionel Messi deyib.

İspaniya “Barselona”sının ulduz hücumçusu Amerika kubokunun yarımfinal matçı barədə fikirlərini açıqlayıb. L.Messi Braziliyaya 0:2 hesablı məğlubiyyəti hakim səhvləri ilə izah edib: “Çox çalışdıq, amma imkanlardan istifadə edə bilmədik. Topu dirəyə, tirə vurduq. Braziliya bizi üstələmirdi. Onlar çirkin follar edirdilər. Əllə oyun da oldu. Hakimlər bir dəfə də VAR sistemindən istifadə etmədi. Bu da inanılmazdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR