Gürcü baş nazir Tuşeti qəzasında həlak olanların ailələrinə başsağlığı verib

Gürcü baş nazir Tuşeti qəzasında həlak olanların ailələrinə başsağlığı verib
# 27 iyul 2019 23:02 (UTC +04:00)

Gürcüstanın baş naziri Mamuka Baxtadze Tuşeti rayonunda baş vermiş yol qəzası zamanı həlak olanların ailələrinə başsağlığı verib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, baş nazir həlak olanların ailə üzvlərinə və yaxınlarına səbir diləyib.

"Bu gün Tuşetidə baş vermiş faciə zamanı həlak olan vətəndaşlarımıza görə dərin kədər içindəyəm. Mən həlak olanların ailə üzvlərinə başsağlığı verirəm. Arzu edirəm yaralananlar tezliklə sağlamlıqlarına qovuşsunlar", - deyə M.Baxtadze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR