Dubayda qalan azərbaycanlılar vətənə qayıdır

Dubayda qalan azərbaycanlılar vətənə qayıdır
# 27 aprel 2020 16:57 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qalan vətəndaşlarımızın aprelin 28-də ölkəyə qayıdaçağı göslənilir.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, koronavirus pandemiyası üzündən Dubaydan geri dönə bilməyən 75 azərbaycanlı kömək məqsədilə Dövlət Komitəsinə müraciət edib. Martin 26-dan bu günə qədər Komitə onların otellərdə yerləşdirilməsini təmin edib və digər gündəlik iaşə xərclərini ödəyib.

Əldə olunan məlumata görə, həmin soydaşlarımız aprelin 28-də ölkəyə qayıda biləcəklər.

Bir neçə gün əvvəl Komitənin xaricdə qalan vətəndaşlarımızla təşkil etdiyi videokonfransa Dubaydan qoşulan azərbaycanlılar onlara göstərilən münasibətdən olduqca razı qaldıqlarını ifadə edib və bildiriblər ki, qürbətdə olduqları müddətdə dövləti maddi və mənəvi olaraq yanlarında hiss ediblər. Soydaşlarımız buna görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR