ETSN-nin Milli parklarına direktor vəzifəsinə işə qəbul elan edilib

ETSN-nin Milli parklarına direktor vəzifəsinə işə qəbul elan edilib
# 20 may 2019 16:37 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli parklara direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edib.

ONA-nın xəbərinə görə, ETSN-nin Milli parklarına direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ali təhsilli, rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan və yaşı 25-dən yuxarı şəxslər iştirak edə bilər.

Müsabiqədə iştirakçıların seçilməsi ETSN-nin, İDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və Zoologiya İnstitutunun mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçiriləcək.

Müsabiqədə iştirak edənlər müvafiq sənədləri (kadrların şəxsi uçot vərəqəsi və tərcümeyi-hal) mayın 31-dək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinə təqdim etməlidir.

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək: sahə üzrə biliklər, idarəetmə bacarığı, ümumi dünyagörüşü, məntiq, kollektivlə iş bacarığı, sahə üzrə beynəlxalq bilik və iş təcrübəsi, natiqlik, komputer bilikləri entuziazm və rasional təkliflər bacarığı.

Qeyd olunub ki, təbiət elmləri üzrə elmi dərəcəsi olanlara üstünlük veriləcək.

Xatırladaq ki, Azərbaycanda 9 Milli Park (Akademik H. Əliyev adına Zəngəzur Milli Parkı, Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göy-göl Milli Parkı və Samur-Yalama Milli Parkı) var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR