Koreya Prezidenti Prezident İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib

Koreya Prezidenti Prezident İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib
# 15 may 2020 14:56 (UTC +04:00)

Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Prezidenti İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın xdəbərinə görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ümid edirəm ki, ölkələrimiz arasında illər boyu inkişaf edən dostluq və əməkdaşlıq əlaqələri öz gözəl bəhrəsini verəcəkdir. Bunun üçün Sizinlə daha yaxından əməkdaşlıq etməyi arzulayıram.

Zati-alinizə bir daha möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasına daimi firavanlıq arzu edirəm".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR