Ağcabədi sakinində 7 kq-a yaxın narkotik aşkarlanıb

Ağcabədi sakinində 7 kq-a yaxın narkotik aşkarlanıb
# 03 iyul 2019 13:05 (UTC +04:00)

Ağcabədidə narkotik alveri ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş V.Baxşəliyevin evindən 6 kiloqram 807 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR