Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO
# 24 fevral 2020 11:03 (UTC +04:00)

Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 47 ünvanında 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzildə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

saat 10:52

Bakıda yaşayış binasında yanğın başlayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyində istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 47 ünvanında 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzildə yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

APA-nın əldə etdiyi məlumata görə, Bakı sakini, 1955-ci il təvəllüdlü Səfərov Arzuman Mürşüd oğluna məxsus evin yanmasına eyvanda işlək vəziyyətdə olan soyuducunun alışması səbəb olub.

Yanğın zamanı xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR