Əli Əhmədov: "Əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlavə imkanlar yaranır"

Əli Əhmədov: "Əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlavə imkanlar yaranır"
# 18 may 2019 13:32 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.

ONA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP sədrinin müavini Əli Əhmədov bildirib ki, Azərbaycanda sənaye istehsalında və kənd təsərrüfatında artım tempi yüksəlməkdədir. Ən başlıcası isə ölkənin xəzinəsinə daxil olan vəsaitlərin artması nəticəsində əhalinin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı çox ciddi addımlar atılıb: "Ölkə Prezidentinin imzaladığı sərəncamlar nəticəsində Azərbaycan vətəndaşlarının müxtəlif kateqoriyalarının sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən artımlar olub. Minimum əmək haqqının 40 faizə qədər artırılması təxminən 600 min vətəndaşımızın əmək haqqının artmasına təsir göstərib. Eyni ilə də minimum pensiyanın təxminən 40 faiz artması nəticəsində 600 min nəfərə yaxın təqaüdçünün aldığı pensiyanın məbləği əhəmiyyətli dərəcədə artıb".

Ə. Əhmədov deyib ki, artırılan pensiyalar, əmək haqları, müavinətlər bütövlükdə 3 milyona yaxın Azərbaycan vətəndaşını əhatə edir: "Ölkədə 2 milyon yarıma yaxın ailə var. Azərbaycanda bu artımlardan hər bir ailə bu və ya digər dərəcədə fayda görə bilib. Beləliklə, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlavə imkanlar yaranır. Təbii ki, prezidentin açıq şəkildə bəyan elədiyi kimi, bu, son artımlar deyil , Azərbaycanın iqtisadiyyyatı artdıqca, imkan yarandıqca bundan sonra da həm maaşların, həm pensiyaların artırılması istiqamətində müvafiq tədbirlər görüləcək.

Daha sonra tədbir qapalı şəraitdə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR