Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini yerinə yetirib

Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini yerinə yetirib
# 21 may 2019 09:17 (UTC +04:00)

Rusiya istehsalı olan əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini yerinə yetirib.

ONA “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, göyərtəsində 70 sərnişin olan, “Alrosa” aviaşirkətinə məxsus təyyarə İrkutskdan Yakutiyanın Mirni şəhərinə uçub.

Bu reysindən sonra təyyarə Novosibirskdəki aviasiya və kosmonavtika muzeyinə göndərilib.

İrkutsk beynəlxalq hava limanının mətbuat xidmətinin məlumatına görə, bu, istismarda olan sonuncu Tu-134 tipli təyyarə olub. Təyyarə 1980-ci ildə istehsal olunub və 40 ilə yaxın xidmət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR