Azərbaycanda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin adları açıqlanıb

Azərbaycanda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin adları açıqlanıb
# 30 iyul 2019 13:36 (UTC +04:00)

Azərbaycanda qeyri-dövlət ixracatçı subyektlərindən fərqli olaraq dövlətə məxsus şirkətlərin ixrac üzrə siyahısı əvvəlki ayda olduğu kimi qalıb.

APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu siyahıya ənənəvi olaraq SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. İdarə bu ilin yanvar-iyun ayları ərzində 112,6 mln. ABŞ dolları həcmində ixrac əməliyyatı həyata keçirib ki, bu da ödən ilin analoji dövrü ilə müqayisə də 10,4% çoxdur.

Eyni zamanda "Azərenerji" ASC 51,8 mln. dollar ixrac əməliyyatı həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisə də 4,4% azdır.

Bundan başqa, siyahıda "Azəralüminium" MMC (39,8 mln. dollar), "Azergold" QSC (30,4 mln. dollar), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (11,5 mln. dollar), "Azərbaycan Hava Yolları" QSC (8,4 mln. dollar), “CTS-Agro” MMC (5,8 mln. dollar), "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC (588 min dollar), Dövlət Material Ehtiyatları Agentliyi (555 min dollar) və "Bakı Neft Maşınqayırma Zavodu" ASC (464 min dollar) yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR