Tbilisidə avtomobil yürüşü keçirilir

Tbilisidə avtomobil yürüşü keçirilir
# 28 iyun 2019 14:57 (UTC +04:00)

Tbilisidə avtomobillərin yürüşü keçirilir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, 1-ci Respublika meydanında başlayan yürüşdə etirazçıların tələbi Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və iyunun 20-21-də baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürməsidir. Yürüş hökumət binasının qarşısında başa çatacaq.

Etirazçılara müxalif "Milli Hərəkat" və "Avropalı Gürcüstan" partiyalarının üzvləri də qatılıb.

Yürüş iştirakçıları etiraz aksiyalarına G.Qaxariya istefa verənədək davam edəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR