Piyadanın ölümünə səbəb olan sürücüyə hökm oxunub

Piyadanın ölümünə səbəb olan sürücüyə hökm oxunub
# 08 iyul 2019 15:32 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən Pərviz Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında P. Quliyevə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, P. Quliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə göstərilib ki, P. Quliyev qəzanı törədən zaman narkotik vasitənin təsiri altında olub. O işə çıxmadan əvvəl narkotik vasitə qəbul edib. P. Quliyev qaraciyər sirrozundan əziyyət çəkdiyinə görə narkotik vasitədən istifadə etdiyini deyib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 15-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini P. Quliyev idarə etdiyi “Daewoo” markalı 185 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Miqdat Kuxmazovu vurub. Xəstəxanaya yerləşdirilən piyada sentyabrın 22-də orada ölüb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR