Xoşbəxt Yusifzadə: "AÇG-dən indiyədək 483 mln. ton neft hasil edilib"

Xoşbəxt Yusifzadə: "AÇG-dən indiyədək 483 mln. ton neft hasil edilib"
# 31 may 2019 10:27 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan indiyədək 483 mln. ton neft hasil edilib.

ONA-nın məlumatına görə, bu barədə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, hasil edilən neftin 280,4 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb.

Bundan başqa, AÇG-də indiyədək 157 mlrd. kubmetr (mayın 1-nə olan məlumat) qaz hasil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR