Bakıda avtomobil işıq dirəyinə dəyib, sürücü ölüb

Bakıda avtomobil işıq dirəyinə dəyib, sürücü ölüb
# 18 may 2019 20:13 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Zabrat yolunda hərəkətdə olan "VAZ 2107" markalı minik maşını işıq dirəyinə çırpılıb. Nəticədə avtomobilin sürücüsü hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR