Deputat: “Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır”

Deputat: “Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır”
# 24 may 2020 01:25 (UTC +04:00)

“Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır”.

Bunu APA-ya Signify” şirkətinin rəhbərləri ilə videokonfransda Prezident İlham Əliyevin nitqinə münasibət bildirən millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, hətta pandemiya dövründə də dünyanın aparıcı şirkətləri ölkə prezidenti İlham Əliyevlə birlikdə təşkil olunan videokonfransda da tanınmış şirkətlərin Azərbaycana marağı nümayiş etdirildi: “Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar yalnız beynəlxalq qurumlar deyil, aparıcı şirkətlər tərəfindən də yüksək qiymətləndirilir. Nəzərə alsaq ki, “Signify” şirkəti dünyanın aparıcı şirkətlərindən biridir. Praktiki olaraq, dünyanın əksər ölkələrində fəaliyyət göstərən bu şirkət həm də yeni texnologiyaların da tətbiqi sahəsində öndə olan şirkətlərdən hesab olunur. Sözügedən şirkətin Azərbaycanda aparılan islahatlara xüsusilə, Azərbaycan prezidentinin rəhbərliyi və siyasi iradəsi ilə həyata keçirilən tədbirlərə, o cümlədən pandemiya dövründə koronavirusun təsirlərinin minimumlaşdırılması ilə bağlı atılan addımlara münasibəti də videokonfransda bəlli oldu. Azərbaycan praktik olaraq regionda pandemiyanın təsirlərini minimumlaşdırmaq üçün reallaşdırılan paketlər baxımından xüsusi özəlliyə malik olan ölkədir”.

Millət vəkili vurğulayıb ki, Eyni zamanda həyata keçirilən tədbirlərin, eləcə də islahatların strateji yanaşması var: “Postpandemiya dövründə Azərbaycanda islahatların dəstəklənməsi real sektorda aktivliyin daha qısa zamanda bərpa edilməsinə imkan verəcək. Eyni zamanda Bakı və Sumqayıtın işıqlandırma sisteminin yenidən qurulması, Azərbaycanın dünyada tanınmış texnoloji avadanlıqları transfer etməsi ölkə iqtisadiyyatındakı innovativlik dərəcəsinin yüksək olmasından xəbər verir. Bu birmənalı şəkildə bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatın innovativləşdirilməsi ilə bağlı islahatları davam etdirilir. Eyni zamanda bu islahatlar imkan verir ki, biz postpandemiya dövründə həm texnologiya, həm də digər istiqamətlərdə yeni infrastruktur layihələrinin reallaşmasını müşahidə edək. Pandemiyanın vətəndaşların sağlamlığına təsirlərinin minimumlaşdırılması ilə bağlı Azərbaycanda həyata keçirilən siyasət Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib. Bu isə ondan xəbər verir ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasət bir tərəfdən pandemiyanın vətəndaşlarımızın sağlamlığına təsirlərini minimumlaşdırmasına xidmət edir. Hər bir vətəndaşın sağlamlığının qorunması bu siyasətin ana xəttinu təşkil edir. Digər tərəfdən isə postpandemiya dövründə yeni texnologiyaların, innovasiyanın Azərbaycan iqtisadiyyatına transfer edilməsinə şərait yaradır. Həm pandemiyanın ilk aylarında və hazırda həyata keçirilən siyasət iqtisafiyyatdakı aktivliyun mərhələli şəkildə bərpa olunmasına imkan yaradır. Bu da göstərir ki, Azərbaycan postpandemiya dövrünə daha yaxşı hazırlaşan, postpandemiya dövründə birbaşa, çevik və real sektorun inkişafınl dəstəkləyən siyasət həyata keçirən ölkələrdən biri olacaq. Bu da təbii ki, postpandemiya dövründə prepandemiya dövründə olduğu kimi iqtisadi aktivliyin daha sürətli bərpa olunmasına imkan verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR