Çilidə polis bölməsinə partlayıcı olan bağlama göndərilib, yaralılar var

Çilidə polis bölməsinə partlayıcı olan bağlama göndərilib, yaralılar var
# 26 iyul 2019 06:47 (UTC +04:00)

Çilinin paytaxtı Santyaqoda polis bölməsində baş vermiş partlayış nəticəsində 8 polis əməkdaşı xəsarət alıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, yaralıların həyatı üçün təhlükə gözlənilmir.

Bildirilir ki, partlayıcı maddə bağlamada olub və ora poçt xidməti ilə göndərilib. Bağlamanı açan kimi partlayış baş verib. Hər ehtimala qarşı bağlamanı gətirən poçt işçisi saxlanılıb.

Çili rəsmilərinin sözlərinə görə, oxşar bağlamanı sabiq DİN rəhbəri Rodriqo Qinspeter də almalı idi, ancaq hüquq-mühafizə orqanları onu vaxtında ələ keçirə bilib. Hazırda fakt üzrə terror aktı kimi araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR