“Azərbaycanda 3 şəhərin Baş Planı razılaşdırılıb, bu il təsdiq olunması gözlənilir”.
APA-nın xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev "Caspian European Club" çərçivəsində keçirilən biznes-forumda deyib.
S. Nuriyev 7 şəhərin Baş Planının hazırlandığını da vurğulayıb: "Növbəti 2 il ərzində isə 9 şəhərin Baş Planı hazırlanacaq".