"Fitch Ratings" beynəlxalq reytinq agentliyi İtaliyanın xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini “BBB-“ səviyyəsinə endirib və reytinq üzrə proqnozu stabil olaraq təsdiqləyib.
"APA-Economics"in reytinq agentliyinə istinadən verdiyi məlumata görə, kredit reytinqinin aşağı salınması COVID-19 pandemiyasının İtaliya iqtisadiyyatına və maliyyə vəziyyətinə güclü mənfi təsirini əks etdirir.
“Fitch”in proqnozuna görə, ölkə iqtisadiyyatı bu il 8% azalacaq, amma sürətlə bərpa olaraq 2021-ci ildə 3,7% artacaq. Agentliyə görə, 2020-ci ilin sonuna ölkənin ümumi dövlət borcunun ÜDM-ə nisbəti 156% təşkil edəcək.