UNEC-də yaz imtahan sessiyasının keçirilməsi qaydaları təsdiqlənib.
Universitetdən APA-ya verilən məlumata görə, qaydalara əsasən, imtahan sessiyası iyunun 8-dən iyulun 7-dək keçiriləcək.
Yaz imtahan sessiyasında imtahan vermək üçün bakalavr və magistrantlara 3 seçim imkanı verilir.
- Bütün imtahanlar distant formada keçirilir.
- Təhsilalanlara onların fərdi müraciətləri əsasında cari ilin avqust – sentyabr aylarında ənənəvi üsulla imtahan təşkil edilir. İmtahandan öncə istəklərinə uyğun olaraq tələbələrə 3-4 həftə ərzində Bakı şəhərində ənənəvi üsulla ödənişsiz icmal mühazirələr təşkil edilir. Bununla bağlı tələbələrin müraciətləri 5 iyun 2020-ci il tarixinə qədər qəbul edilir.
- Növbəti tədris ilində ödənişsiz qaydada fənləri alt qruplarda ənənəvi qaydada dinləmək və ənənəvi qaydada imtahan vermək imkanı yaradılır. Bununla bağlı tələbələrin müraciətləri 5 iyun 2020-ci il tarixinə qədər qəbul edilir.
Qaydalar tələbələrin şəxsi kabinetlərinə göndərilib.