Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3% artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3% artıb
# 16 mart 2020 12:40 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5 858,7 mln. manatlıq, o cümlədən 2 994,7 mln. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2 864,0 mln. manatlıq qeyri-ərzaq məhsulları satılıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi ticarət dövriyyəsi üzrə 3,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6%, qeyri-ərzaq məhsulları üzrə isə 3,6% artım müşahidə olunub.

Cari ilin ilk iki ayı ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,1%-i ərzaq məhsullarının, 6%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i elektrik malları və mebellərin, 5,3%-i avtomobil yanacağının, 1,6%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2020-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 24%-i ticarət müəssisələri, 48,5%-i fərdi sahibkarlar tərəfindən, 27,5%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,1%, fərdi sahibkarlar üzrə 0,8% artıb, bazar və yarmarkalarda isə 9,1% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 294,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 14,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 150,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 143,9 manatlıq qeyri-ərzaq məhsulları alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR