Səfirlik: Çindən qayıtdıqdan sonra Türkiyədə qalacaq Azərbaycan vətəndaşlarına lazımı diqqət göstəriləcək

Səfirlik: Çindən qayıtdıqdan sonra Türkiyədə qalacaq Azərbaycan vətəndaşlarına lazımı diqqət göstəriləcək
# 01 fevral 2020 18:05 (UTC +04:00)

“Çinin Uhan şəhərindəki vətəndaşlarımızın təxliyələrinin həyata keçirilməsi üçün qardaş Türkiyə ilə birlikdə zəruri işlər görülüb. Səfir Xəzər İbrahim də karantin şərtlərinə uyğun olaraq, təyyarəni qarşılayanlar arasında olacaq”. 

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, Prezident İlham Əliyevin Çinin Uhan şəhərindəki vətəndaşlarımızın təxliyəsi ilə bağlı verdiyi tapşırığa əsasən, səfirlik ilk gündən  lazımi addımlar atıb. Həm Türkiyənin Xarici İşlər Nazirliyi, həm də digər aidiyyəti qurumlarla mütəmadi əlaqə saxlanılıb. 

Bildirilib ki, Çindən təxliyə olunan Azərbaycan vətəndaşlarının Türkiyədə qaldığı 14 gün ərzində səfirlik lazım olan diqqət və qayğını göstərəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR